Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47

Serbiyanın baş naziri Aleksandar Vucic miqrant böhranını həll etmək üçün beynəlxalq səyləri koordinasiya eləməyə çağırıb.

O 130 nəfərin ölümünə səbəb olan Paris terrorlarından sonra ksenofobiya və ifratçılıq qorxusunun artdığını xəbərdarlıq edib.

Vucic belə bir bəyanatla dekabrın 3-də ATƏT ölkələrinin Baelqradda keçirilən toplantısında çıxış edib.

O konfrans iştiraçılarını birgə nəticə və tövsiyyələr hazırlamağa çağırıb.

Son vaxtlar müharibə gedən Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyinə kütləvi qaçqın axını başlayıb.

Təkcə bu il Avropa Birliyi ölkələrin 800 mindən çox qaçqın gəlib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Balkan ölkələrindən daha varlı Qərbi Avropa ölkələrinə keçməyə çan atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG