Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

-

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda baş verən sürüşmə ilə bağlı təmir işləri davam edir.

Ərazidə işləyən fəhlələr AzadlıqRadiosuna bildiriblər ki, istinad divarlarına qoyulan dirəklərin sayı artırılıb, bərkitmə işləri gedir. Bərkitmə işləri, əsasən, yuxarı və orta hissədən aparılır. Həmçinin maşın yolunun yaxınlığındakı ərazidə də müəyyən bərpa işləri görülüb.

«GEOLOJİ DURUM SABİTLƏŞİB»

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev AzadlıqRadiosuna bildirib ki, hazırda orada bərkitmə, bərpa işləri görüldüyü üçün monitorinq apara bilmirlər:

«Hazırda orada geoloji durum sabitləşib. Tikinti işləri getdiyi üçün ancaq mayaklar vura bilirik. Təmir bitəndən sonra monitorinqlər həyata keçirəcəyik».

Oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində torpaq sürüşməsi və çökmə baş vermişdi. Nəticədə Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlmiş, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG