Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:54

Səməd Vurğun muzeyinin 40 ili oldu


Tədbir
Tədbir

-

Dekabrın 2-də Xalq şairi Səməd Vurğunun ev-muzeyində bu mədəniyyət ocağının fəaliyyətə başlamasının 40 illik yubileyi qeyd edilib.

Tədbiri muzeyin direktoru Nüşabə Vəkilova açıb, ev-muzeyin yaranma tarixindən danışıb. Bildirdi ki, böyük şair bu evdə ömrünün son iki ilini (1954-1956) yaşayıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva muzeyin yaranma tarixindən söz açıb. Xanım Məmmədəliyeva şairin ev-muzeyinin Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1974-cü ildə təşkil edildiyini, 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olduğunu bildirib.

Nazir müavini onu da əlavə edib ki,muzey yarandığı gündən ictimaiyyətlə sıx əlaqədə olub. Burada müxtəlif sərgilər, tədbirlər, elmi sessiyalar keçirilib. Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən ekspozisiya daima təkmilləşdirilib. Şairin övladları -Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və Aybəniz Vəkilovanın həyat və fəaliyyətinə həsr olunan guşələr yaradılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar muzeyin kollektivini yubiley münasibətilə təbrik edib və bildirib ki, Səməd Vurğun bu evdə ömrünün son bir neçə ilini yaşayıb. Bir sıra gözəl əsərlərini burada yazıb. Onun dilindən ilk dəfə şeir deməsini də bu evdə eşidib.

Tədbirdə çıxışçılar şairin yaradıcılığından danışıblar, onun Azərbaycan poeziyasında yerindən söz açıblar.

Səməd Vurğunun sözlərinə bəstəkar Sevda İbrahimovanın bəstələdiyi mahnını şairin nəticəsi, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov fortepianoda ifa edib.

Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyasına baxıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG