Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Məktəblilər dini sektalara cəlb edilir


Gündüz İsmayılov
Gündüz İsmayılov

-

Azərbaycanda məktəbyaşlı uşaqlar müxtəlif dini sektaların təlimlərinə cəlb edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Trend-ə bildirib ki, uşaqlar din altında müxtəlif bəhanələrlə orta məktəblərdən uzaqlaşdırılır və dini ayın, mərasimlərə qatılırlar: «Bu, təkcə islam dini ilə bağlı məsələ deyil. Məktəbyaşlı uşaqların müxtəlif təriqət və sektaların təlimlərinə cəlb edilməsi hallarına rast gəlirik».

G.İsmayılov əlavə edib ki, dini sektalara cəlb edilən uşaqların sayını deyə bilməz: «Biz bunun statistikasını aparmırıq. Amma Gəncədə baş verən son hadisələri, eləcə də Gəncədə İcra Hakimiyyəti tərəfindən haqlı olaraq edilmiş müdaxilələrə baxsanız, belə halların şahidi olarsınız».

XS
SM
MD
LG