Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53

-

Noyabrda Azərbaycanda nağd pul kütləsi 6 milyard 730.6 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının (MB) yaydığı məlumata görə, bu, oktyabr ayının yekunu ilə müqayisədə 325.3 milyon manat və yaxud 4.6 faiz azdır. Son 1 ildə pul bazası 41.6 faiz azalıb.

Ekspertlər manat çatışmazlığının, ilk növbədə,valyutanın xaricə axınından qaynaqlandığını düşünürlər.

İqtisadçı ekspert Qubad İbadoğlu bir başqa səbəbə də diqqət çəkir: «MB dollar satır və manat alıb, anbarlara yığır. Beləcə, manat dövriyyədən çıxır və iqtisadi faydasını da itirir. MB dollarla əməliyyatı tənzimləyə bilmir, manatla əməliyyatlarsa milli iqtisadiyyatda önəmli rol qazanmır».

«MANAT İQTİSADİ FAYDASINI İTİRİR»

Ekspertin fikrincə, pul bazası azalmaqda davam edərsə, MB pul-kredit siyasətinə təsir imkanlarını itirəcək: «Ölkədə monetar durum daha çox xaricdən asılı olacaq. Manatla tənzimləmə alətləri işləməyəcək və onun bir valyuta kimiiqtisadiyyata faydası azalacaq».

Qubad İbadoğlu bildirir ki, yaranacaq manat qıtlığı bankların manatla əməliyyat aparmasını çətinləşdirəcək və nəticədə «dövriyyəyə buraxılan manatın çox hissəsi MB anbarlarında istifadəsiz qalacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG