Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində Minsk qrupunun həmsədrləri James Warlick (ABŞ), Igor Popov (Rusiya), Pierre Andrieu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin hazırkı statusu, qarşıdan gələn dövr ərzində MQ-nin fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün MQ həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG