Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11

“İran nüvə silahıyla bağlı bəzi işlər görüb”


Agentlik təmsilçiləri Tehranda, 2011-ci il

Agentlik təmsilçiləri Tehranda, 2011-ci il

-

BMT-nin atom enerjisi agentliyi bildirir ki, azından 2003-cü ilin sonunadək İranın nüvə silahlı hazırlanmasıyla bağlı iş gördüyünə inanır. Ancaq bu fəaliyyət planlaşdırma və təməl eksperimentlərdən kənar çıxmayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi dekabrın 2-də hesabat yayıb. Hesabatda deyilir ki, “koordinasiya olunmuş” fəaliyyətin böyük hissəsi 2003-cü ildən əvvəl aparılıb, ancaq bəzi işlər 2009-cu ilədək davam edib.

10 ilə yaxındır agentlik İranın nüvə silahı hazırlamasına dair iddiaları araşdırır. Tehran bu iddiaları davam təkzib edir.

İndi agentlik bildirir ki, İranın “fəaliyyəti texniki dəyərləndirmə və elmi tədqiqatları aşmayıb, müəyyən texniki bacarıqlar əldə olunub”.

Konkret olaraq, 2009-cu ildən sonra nüvə partlayıcı qurğusunun hazırlanması üzrə fəaliyyət əlaməti aşkarlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG