Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

-

Şair, esseist, tərcüməçi Nicat Məmmədovun «Струение» (“Axın”) essesi ingilis dilinə tərcümədə (“Streaming”) modern və postmodern təmayüllü marginal və avanqard əsərlərə meylli Dalkey Arxiv Press nəşriyyatının çap etdiyi "Best European Fiction 2016" antologiyasında yer alıb.

Bədii tərcüməyə həsr olunmuş "Asymptote" jurnalına müsahibəsində "Dalkey Arxiv Press" nəşriyyatının redaktor köməkçisi və sözügedən antologiyanın tərtibatçısı Nathaniel Davis "Əvvəllər yetərincə təmsil olunmamış regionlara, dialektlərə yaxud ədəbi ənənələrə aid hansı yazılar sizdə xüsusi heyranlıq oyatdı?" sualına belə cavab verib:

“Builki Best European Fiction antologiyasında Azərbaycan ilk dəfə təmsil olunub.

Xanım Gertrude Stein. Müəllif: Pablo Picasso (1905-06)

Xanım Gertrude Stein. Müəllif: Pablo Picasso (1905-06)

Bu vaxta qədər biz Azərbaycandan heç bir təklif almamışdıq, amma mən oranın Yazıçılar Birliyi ilə əlaqə yaratdım və onlar mənə üç müəllifin ingilis dilinə tərcümə edilmiş əsərlərini göndərdilər.

Göndərilmiş əsərlərdən ikisi ənənəvi hekayələr idi, üçüncüsü isə Bakıda yaşayan Nicat Məmmədov adlı gənc yazarın Gertrude Stein, Robert Creeley, yaxud Arkadi Draqomoşenko ənənəsində inanılmaz eksperimental fəlsəfi poetik nəsr əsəri idi. Oxuyanda dərhal anladım ki, bu yazı BEF antologiyasına daxil edilməlidir.

Mənim üçün bu antologiya əslində Avropanın müxtəlif yerlərindən gələn və “dünya ədəbiyyatı”nın hətta aktiv oxucuları tərəfindən yan keçilən maraqlı və yenilikçi yazı metodikalarının axtarışıdır”.

Nathaniel Davis müsahibəsində bu layihə haqda da məlumat verib. Deyib ki, onlar hər ölkədən bir hekayə seçirlər, amma birdən artıq dildə danışan ölkələrdən bir neçə hekayə seçirlər. Məsələn, İsveçrədən həm fransız, həm almanca - iki hekayə, Belçikadan fransız və flamanca iki hekayə seçirlər. BEF2016-da İspaniyanın Bask, Katalon dillərində hekayələr salınıb...

"Best European Fiction layihəsinin bir məqsədi də nəzərdən yayınmış dil ənənələrində yazan yazıçıları vurğulamaqdır."

Oxu Zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG