Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:57

“Əgər Moskva ona qarşı tətbiq edilmiş sanksiyaların ləğvini istəyirsə, Minsk razılaşmasına əməl etməlidir”.

Bunu dekabrın 2-də ABŞ Dövlət katibi John Kerry NATO ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə deyib.

O bildirib ki, prezident Barack Obama 20-lər ölkələrinin sammitində bir daha bildirib ki, Minsk razılaşmasının bütün şərtləri tam yerinə yetirilməlidir.

Kerry bunun mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ və digər Qərb ölkələri ötən il Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG