Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17

Əfqanıstan taliblərinin lideri Mullah Akhtar Mansur Pakistanda döyüş komandirlərinin görüşündə baş verən atışmada ciddi yaralanıb.

AzadlıqRadiosu əfqan xidmətinin dekabrın 2-də verdiyi məlumatına görə, əvvəlcə mübahisə, bunun ardınca atışma düşüb.

Rəsmilər rəqib fraksiyalar arasında dərin parçalanma olduğunu deyirlər.

Əfqanıstanın baş nazir müavini Rashid Dostumun nümayəndəsi Sultan Faizi Mansurun xəstəxanaya götürüldüyünü deyir.

O Mansurun sağ qalacağına inanmadığını deyir.

Amma Talibanın sözçüsü Zabihullah Mujahid belə bir şey olmadığını deyir.

Faizinin sözlərinə görə, Mansur dekabrın 1-də Pakistanın Kvetta şəhəri ətrafında Taliban komandirlərinin iclasına qatılıbmış.

Faizinin dediyinə görə Mansurla keçmiş “Quantanamo” məhbusu və hazırda komandir olan Mullah Abdullah Sardari arasında mübahisə düşüb.

Məlumata görə, Sardari və daha 4 talibançı atışmada ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG