Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhər sakini, 33 yaşlı Xanım Yusubova müayinə olunmaq üçün yaxınları tərəfindən xəstəxanaya gətirilib. Müayinə zamanı həkimlər anada təbii doğuşun təhlükəli nəticəyə səbəb olacağını əsas gətirərək onu təcili qeysəriyyə əməliyyatına götürüblər.

Oğlan uşağı dünyaya gətirən ananın vəziyyəti əməliyyatdan sonra qəfildən pisləşib.

Cəlilabad MRX-dan verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq qanaxmanın qarşısını almaq mümkün olmayıb.

Xəstənin vəziyyəti getdikcə ağırlaşdığından Bakıdan təcili həkim briqadası çağırılıb və onların müşayiəti ilə qadın Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə göndərilib.

Görülən tədbirlərə baxmayaraq ananı xilas eləmək mümkün olmayıb.Ölümə səbəb kimi hamiləliklə bağlı olmayan xəstəlik göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG