Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

“Barselona”nın futbolçusu Neymar uzun illər bu klubda oynamaq fikrindədir.

Qol.Az-ın məlumatına görə, bunu İspaniya mətbuatına açıqlamasında braziliyalı hücumçunun atası deyib.

“Neymar “Barselona” ilə yeni müqavilə imzalayacaq. Amma onun hələ üç illik müqaviləsi var. Oğlum bu klubda xoşbəxtdir, dəyişikliyə gərək yoxdur. O, uzun illər “Barselona”nın formasını geyəcək”-deyə o bildirib.

Bundan əvvəl Neymarın "Mançester Yunayted"ə keçəcəyi barədə məlumatlar dolaşırdı.

Neymar cari mövsümdə 14 qolla La Liqanın bombardiridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG