Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, hökumət gələn il daxili məhsulun 5 faizini müdafiə və təhlükəsizlik xərclərinə ayıracaq.

O bildirib ki, məqsəd ölkənin şərqində rusiyapərəst separatçılarla mübarizə aparan ordunu möhkəmləndirməkdir.

Poroshenko dekabrın 2-də bildirib ki, hökumət 2016-cı ildə dövlət bütcəsinin 14 faizini müdafiə və təhlükəsizlik sahəsinə xərcləyəcək.

Bu təxminən 100 milyard hrivna deməkdir.

Ukrayna bu il bu sahəyə 90 milyard hrivna, təxminən 3,75 milyard ABŞ dolları xərcləyib.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 8 minə yaxın adam ölüb.

Aertıq bu ilin sentyabrından tərəflər demək olar ki, atəşkəs rejiminə tam əməl edir.

Bu razılaçma bu il Minskdə əldə olunub.

Amma NATO-nun baş katibi Jens Stoltenberg dekabrın 2-də bildirib ki, Ukraynanın şərqində yenidən müharibə başlaya bilər və buna real təhlükə var:”Rusiyapərəst separatçılar hələ də öz ordu və avadanlıqlarını geri çəkməyiblər, Ukraynanın şərqindəki qanunsuz qruplar tərksilah edilməyib və Ukrayna öz sərhədlərinə nəzarəti bərpa edə bilməyib”-deyə o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG