Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38

UEFA klubların reytinq cədvəlini açıqlayıb.

Qrumun rəsmi saytında yerləşdirilən məlumata görə, tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" reytinqdə irəliləyib.

Belə ki, "Qəbələ" 42 pillə irəliləyərək, 294-cü yerdən 252-ci yerə qalxıb.

Qeyd edək ki, bu cür böyük sıçrayışı UEFA-nın rəsmi saytı birinci səhifəsində xüsusi göstərib.

Siyahıya Madridin “Real” klubu başçılıq edir..

Ondan sonra Münhenin “Bavaqriya”, İspaniyanın ”Barselona” , İngiltərənin “Çelsi” və Madridin “Atletiko” klubları gəlir.

Yığmalarda isə başda İspaniya, Almaniya, İngiltərə və İtaliya yığmaları gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG