Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

Poroshenko Əliyevə məktub göndərib


Boris Lozhkin
Boris Lozhkin

-

Prezident İlham Əliyev dekabrın 2-də Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lozhkin-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, Boris Lozhkin Ukrayna prezidenti Petro Poroshenko-nun məktubunu İlham Əliyevə çatdırıb.

O, iki ölkə arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İlham Əliyev Ukrayna prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yönündə fikir mübadiləsi apardığını, iki ölkə arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu bildirib.

Dövlət başçısı Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

XS
SM
MD
LG