Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:20

«Lahıc misgərlik sənəti» siyahıya salındı


Lahıc
Lahıc

-

«Lahıc misgərlik sənəti» UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu haqda qərar Namibiyanın paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında qəbul olunub.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə deyib ki, Lahıc misgərlik sənətinin UNESCO-nun siyahısına salınması bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcək.

Hazırda Lahıc misgərlik sənətindən başqa, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

XS
SM
MD
LG