Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

-

«Microsoft» şirkəti «PowerApps» adlı yeni xidmətini təqdim edib.

Xidmət biznes istifadəçilərinə kodlaşdırma olmadan, asanlıqla mobil və ya veb proqram yaratmağa imkan verir.

İstifadəçilər «PowerApps»ın köməyi ilə «Office 365», «Salesforce», «Dropbox» və digər bulud xidmətlərindəki fayllarına daxil ola və bu məlumatdan istifadə edərək applikasiya (App) yarada bilərlər.

Məsələn, «Salesforce»dan işçilərin məhsuldarlığını izləmək üçün istifadə edirsənsə, buradakı məlumatlara əsasən avtomatik izləyə biləcəyin proqram yarada bilərsən.

Proqramları sıfırdan yaratmağa ehtiyac yoxdur. «PowerApps» hazır şablon və dizaynlar təqdim edir.

App əvvəl kompüterlərdə yaradılır, daha sonra isə «PowerApps» vasitəsilə Android, iOS və Windows Phone platformalarında ondan istifadə etmək olur. Eyni zamanda proqramları URL keçidlərlə paylaşmaq olar. Bir neçə işçi bir layihə üzərində eyni vaxtda işləyə də bilər.

«Power Apps»in məqsədi korporativ şirkətlərin işlərini mobil platforma ilə asan hala gətirməkdir.

XS
SM
MD
LG