Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:42

-

Dekabrın 2-də Bakı Ekspo Mərkəzində «Bakutel 2015»21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başlayır.

Sərgiyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilir.

Bu il sərgi Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir araya gətirəcək.

Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.

Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Ümumilikdə, sərgidə 15 milli stendin iştirakı gözlənilir və Belarus, Macarıstan, İsrail, İran, İtaliya, BƏƏ, Türkiyə və Xorvatiyanın iştirakı təsdiq edilib.

Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir. Sərginin debütantları arasında Rusiya, ABŞ və Türkiyənin bir sıra aparıcı şirkətləri də yer alır.

Sərgi çərçivəsində «Azercosmos» və «Arianespace» şirkətləri arasında «Azerspace-2» ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında saziş imzalanacaq. İmzalama mərasimi Bakı Ekspo Mərkəzində, «Azercosmos» şirkətinin stendində keçiriləcək.

Sərgi dekabrın 5-dək davam edəcək.

XS
SM
MD
LG