Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

-

Rusiya yanvardan Ukraynadan idxala sanksiya qoya bilər. Belə ki, Kiyevin Avropa Birliyi ilə azad ticarət sazişinə Moskvanın etirazlarına dair danışıqlar alınmayıb.

“Yanvarın 1-dək razılaşmanın olmayacağı mümkün ssenaridir,” bunu Rusiyanın iqtisadiyyat naziri Alexei Ulyukayev dekabrın 1-də Brüsseldə Rusiya, Ukrayna və AB danışıqlarından sonra deyib. Yanvarın 1-də AB ticarət paktı qüvvəyə minir və Rusiya Ukraynanın preferensial ticarət statusuna son verə bilər.

“Saat çox sürətlə gedir,” AB-nin ticarət komissarı Cecilia Malmstrom görüşdən sonra deyib. O, sözlərinə əlavə edib ki, sazişin yanvarın 1-dən qüvvəyə minəcəyini gözləyir. Ukrayna və AB daha Rusiyanın ertələmə çağırışlarını dinləmək istəmirlər. Saziş artıq bir ildir təxirə salınır.

Malmstrom deyib ki, gələn il Rusiyanın narahatlığını dinləməyə hazırdır, ancaq bir halda ki, Moskva qarşılıqlı addımlar atmasın.

Günün bütün mövzuları

XS
SM
MD
LG