Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:54

-

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə izləmək olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.

«Qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının saytının «Dərman vasitələri» bölməsində «pdf» formatında yerləşdirilib. Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır»,-deyə məlumatda deyilir.

Məlumatda bildirilir ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə, bu cədvəllər də yenilənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG