Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

-

Bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 2255 yeni yük vaqonu gətirilib. Onların 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 450-si çən, 204-ü taxıldaşıyan, 100-ü xopper vaqonudur.

Bu barədə report.az-a «Azərbaycan Dəmir Yolları» QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

2015-ci ilin martında «Azərbaycan Dəmir Yolları» Rusiyanın «Uralvaqonzavod»u ilə 2900 müxtəlif təmayüllü yük vaqonunun alınmasına dair müqavilə imzalayıb.

«Azərbaycan Dəmir Yolları»nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəyə gətirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG