Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:18

Nardaran piri nəzarətə götürülüb


-

Nardaranda pirin qabağına xeyli sayda hərbi texnika yığılıb. Məqsəd kənd camaatının bugünkü mərasimdə iştirakına imkan verməməkdir.

Dekabrın 2-də səhər saatlarında kənd ağsaqqalı Natiq Kərimov AzadlıqRadiosuna belə deyib.

Onun sözlərinə görə, Nardaran sakinləri adətən İmam Hüseynin qətlinin 40-cı gününü kəndin ən böyük məscidində matəm mərasimi kimi qeyd edirlər: «Buna görə də texnikanı ora yığıb, yolu bağlayıblar ki, heç kim gedə bilməsin».

Natiq Kərimov kənddə aparılan əməliyyatların davam edib-etmədiyini söyləyə bilmir: «Bu haqda heç nə bilmirik».

Kənd ağsaqqalı Nardaranda hələ də elektrik enerjisinin bərpa edilmədiyini, bu gecəni də qaranlıqda və soyuqda keçirdiklərini deyir.

Hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirir. Qəsəbəyə hərbi texnika yeridilib. Bundan öncə - noyabrın 26-da qəsəbədə atışma olub. Rəsmilər 4 mülki şəxs və 2 polisin öldüyünü bildirirlər.

«Dedilər, gedin evinizə»

Nardaranda kənd sakinlərinə «imamın qırxı» mərasimini keçirmələrinə icazə verilsə də, az sonra tədbir yarımçıq dayandırılıb.

Bu haqda sakinlərdən biri AzadlıqRadiosuna bildirib. Onun dediyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ağsaqqallara tədbiri dayandırmağı məsləhət görüblər: «Dedilər ki, gedin evinizə, sakitlik yaransın».

Günün bütün mövzuları

XS
SM
MD
LG