Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16

-

Azərbaycanda ildə adambaşına 75 litr alkoqollu içki düşür.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda belə deyilir.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, Azərbaycanda 2011-ci ildə 19 min 765, 2012-ci ildə 21 min 103, 2013-cü ildə 21 min 584 rəsmi qeydə alınmış alkoqolik olub. 2014-cü ildə Azərbaycanda ümumilikdə alkoqoliklərin sayı 22 278-ə yüksəlib.

Ölkədə qadın alkoqoliklərin də sayı artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış alkoqoliklərin 873-ü, 2013-cü ildə 891-i, 2014-cü ildə isə 901 nəfəri qadın olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-cü ildə açıqladığı statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı insanlar arasında bir nəfərin içdiyi alkoqollu içkilərin 63 faizi araq, 29 faizi pivə, 8 faizi şərabdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG