Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

Kərkükdə ərəb siyasətçi güllələnib


Kərkük yaxınlığında kürd peşmərgə qüvvələri, arxiv fotosu

Kərkük yaxınlığında kürd peşmərgə qüvvələri, arxiv fotosu

-

İraqın şimalındakı Kərkük şəhərində silahlılar tanınmış ərəb siyasətçini güllələyiblər. Bu barədə polis dekabrın 1-də məlumat yayıb.

Kərkük vilayət şurasında ərəb blokunun rəhbəri Mohammed al-Jubouri evinin yaxınlığında, maşınında öldürülüb.

Onun həyat yoldaşı da yaralanıb. Hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.

İraqın yarımuxtar Kürdüstan regionunun qüvvələri ötən il Kərkükə nəzarəti ələ alıblar. Daha öncə hökumət qüvvələri İslam Dövləti silahlı qruplaşmasının hücumundan sonra şəhərdən çıxmışdılar. Kürd liderləri şəhəri heç kəsə verməyəcəklərini deyirlər.

İD İraqın şimalında və qərbində ərazilər tutandan sonra yüzminlərlə iraqlı ərəb Kərkükə sığınıb ki, bu da şəhərdə etnik gərginliyi artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG