Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

-

Gürcüstan polisi İslam Dövləti silahlı qruplaşması ilə əlaqələrdə şübhəli bilinən 4 nəfəri saxlayıb.

Dövlət Təhlükəsizlik Xidmətinin direktor müavini Levan Izoria dekabrın 1-də deyib ki, həbslər bir gün öncə həyata keçirilib, 11 evdə reyd aparılıb.

Axtarışların və həbslərin harada baş verdiyi açıqlanmayıb. Ancaq gürcü mediası həmin dörd nəfərin ölkənin qərbində bir kənddə saxlandığını yazır.

Izoria saxlananların evindən əl qumbarası, güllə, partlayıcı maddələr, eləcə də mobil telefonlar, kompüterlər və İD bayraqlarının müsadirə olunduğunu söyləyib.

Həmin 4 nəfər qanunsuz silah və partlayıcı maddə saxlamaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG