Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:40

-

Birləşmiş Ştatlar və Rusiya İslam Dövləti silahlı qruplaşmasının maliyyə mənbələrinə məhdudiyyətlərin sərtləşdirilmısi üzrə ayrı-ayrılıqda BMT qətnamələri hazırlayırlar. Bu barədə dekabrın 1-də məlumat yayılıb.

Təhlükəsizlik Şurasına təklif olunan yeni addımlar İD-nin neft və antik mallar qaçaqçılığından qazandığı milyonlarla dolların qarşısını kəsməkdir. Bu addımlar fevralda qəbul olunmuş qətnaməyə dayanacaq.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power jurnalistlərə deyib ki, ABŞ-ın hazırladığı qətnamə layihəsi “sanksiyaların daha səmərəli olması üçün yeni tədbirlər təqdim edəcək”.

Bu tədbirlərin dekabrın 17-dək, ABŞ-ın Təhlükəsizlik Şurasına prezidentliyi dövründə qəbul olunacağı gözlənir.

Rusiyanın səfiri Vitaly Churkin ayrılıqda jurnalistlərə söyləyib ki, o, İD-nin maliyyəsinin məhdudlaşdırılması üçün tədbir hazırlayır.

Hələlik iki ölkənin bir sənəd üzərində razılığa gələcəyi bəlli deyil. Power “vahid məqsədin” olduğunu sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG