Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18

-

İraqın baş naziri Haider al-Abadi deyir ki, Birləşmiş Ştatların İslam Dövləti silahlı qruplaşması ilə mübarizəyə daha çox xüsusi qüvvə göndərməsinə ehtiyac yoxdur və bunun üçün İraqın icazəsini istəmələdir.

Abadi-nin bu bəyanatından öncə ABŞ-ın müdafiə naziri Ash Carter dekabrın 1-də Konqresə deyib ki, Birləşmiş Ştatlar İD-ə qarşı 200-dək xüsusi əməliyyat qüvvəsi göndərəcək. Həmin qüvvələrin muxtar kürd regionunda yerləşdiriləcəyi bildirilir.

“İraq torpağında xarici quru qüvvələrə ehtiyacımız yoxdur,” Abadi deyib.

Abadi hələ noyabrın 30-da deyirdi ki, İraqın İŞİD-i məğlub etməyə “kifayət qədər adamı var”.

Hazırda İraq qüvvələrinə 3 min 500 ABŞ əsgəri təlim keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG