Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:17

İstanbuldakı partlayışı bomba törədib


.
.

Partlayış nəticəsində ölən olmayıb, beş nəfərin xəsarət aldığı xəbər verilir.

Çərşənbə axşamı İstanbuldakı Bayrampaşa metro stansiyasının yaxınlığında baş vermis partlayışın əldəqayırma bombadan törəndiyi təsdiq lənib.

Partlayış nəticəsində ölən olmayıb, beş nəfərin xəsarət aldığı xəbər verilir.

Müxbirlər bildirirlər ki, bu partlayış daha öncə Ankarada və Surucda törədilmiş partlayışlardan çox zəif olub və ona görə məsuliyyəti hələlik üzərinə heç bir təşkilat götürməyib.

Bəzi məlumatlara görə, bomba buradan keçən polis xüsusi təyinatlılarının maşınını partlatmalıymış, lakin bir neçə saniyə gec partlayıb.

Şübhəli şəxsin təhlükəsizlik kameraIarına düşdüyü barədə xəbərlər də var.

XS
SM
MD
LG