Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

Rusiya hökuməti gələn il yanvarın 1-dən qadağan ediləcək Türkiyə məsullarının siyahısını açıqlayıb.

Siyahıya əsasən tomat məhsulları, soğan, qırmızı kələm, xiyar, apelsin, portoğal, üzüm, ərik,şəftəli, toyuq və induşka əti daxildir.

Sənəddə qeyd edilir ki, bu qadağa şəxsi istifadəyə aid deyil.

Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi barədə fərman imzalayıb.

Bundan başqa yanavarın 1-dən Türkiyə ilə vizasız gediş-gəliş qadağan edilib.

Rusiya şirkətləri həmçinin gələn ildən Türkiyə vətəndaşlarını işə götürə bilməyəcəklər.

Sanksiyalara səbəb Türkiyənin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurması olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG