Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

►“Azərbaycan vətəndaşı birtərəfli məlumat almaqla çox yanlış təbliğatın əsirinə çevrilir”

– Rusiyanın rəsmi televiziya kanallarını bizim kabel televiziyaları yayımlamamalıdırlar. Başdan-ayağa təbliğatdır, başdan- ayağa təhqirdir. Gecə-gündüz öz siyasətlərini tamaşaçının beyninə yeridirlər. Mən, Azərbaycan tamaşaçısı da buna baxmalı, üstəlik kabel televiziyasına pul ödəməliyəm.

43 yaşlı riyaziyyat elmləri namizədi Vaqif Əliyev belə deyir. O, əvvəllər də Rusiya dövlətinin təbliğat ruporu olan kanalların kabel televiziyalarında üstünlük təşkil etməsindən məmnun olmayıb. Ancaq Moskva- Ankara münasibətləri gərginləşəndən sonra bu telekanallardakı müzakirələri, xəbər buraxılışlarını görəndə əsəbiləşdiyini söyləyir. O, yaranmış vəziyyətə görə yerli kabel televiziyalarını qınayır. “Onları siyahıdan çıxarsınlar,” deyir.

Buna da bax: İsa Qəmbər: “Nardaran olayı bir neçə günün hadisəsi deyil”

“LİBERAL FİKİRLİ RUSİYA KANALI DA OLSUN”

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə Rusiya-Ukrayna münaqişəsi başlayanda Azərbaycandakı kabel televiziyalarına təklif vermişdi ki, Ukrayna telekanallarından, heç olmasa, biri Azərbaycanda yayınlansın:

– Kiyev-Moskva qarşıdurması zamanı da Rusiya kanalları Ukrayna əleyhinə güclü təbliğat aparırdılar və Azərbaycan vətəndaşları bir tərəfin mövqeyini eşidirdi, o biri tərəfdən xəbərsiz idi. Mən təklif etdim ki, bir neçə Ukrayna kanalı ilə danışıb kabel televiziyasında onların da yayımına nail olmaq mümkündür. Bu mövqe bizə daha yaxındır, çünki Ukrayna ərazi bütövlüyünü qoruyur.

Elxan Şahinoğlu onu da deyir ki, yerli kabel televiziyaları təkcə Kremlin təbliğatçısı olan rəsmi kanalları yox, həm də fərqli fikrə yer verən telekanalların yayımına çalışmalıdır:

– Rusiyada alternativ fikri yayınlayan kanallar var, məsələn, “Dojd” kanalı, bir az müxalif fikri əks etdirir. İstəsələr, Rusiyanın fərqli, liberal kanallarını yaya bilərlər. Sadəcə, qorxurlar, yuxarıdan əmr gözləyirlər. Azərbaycan vətəndaşı birtərəfli məlumat almaqla çox yanlış təbliğatın əsirinə çevrilir.

“DOJD”UN YAYIMI MÜMKÜN DEYİL”

Sadəcə, qorxurlar, yuxarıdan əmr gözləyirlər. Azərbaycan vətəndaşı birtərəfli məlumat almaqla çox yanlış təbliğatın əsirinə çevrilir.

Bu iradlara yalnız KaTV1-dən münasibət öyrənə bildik. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Pərvin Sadıqov elə Elxan Şahinoğlunun təklifindən başlayır söhbətə. O, deyir ki, KATV1-in “Dojd” televiziya kanalını yayması texniki baxımdan mümkün deyil: “Bu kanal peyklərdən də gedib, kabel televiziyalarından da. O, ancaq internetdə izlənilə bilər”.

Bu arada Gürcüstan kabel televiziyalarından biri “Dojd” kanalını yayınlayır. Pərvin Sadıqov deyir ki, bundan xəbərsizdir, ancaq həmin məsələni araşdıracağını da söyləyir. Hərçənd o, abunəçilərə təklif etdikləri paketi bir neçə il öncə sorğu əsasında formalaşdırdıqlarını, burda dəyişiklik edilərsə, qalmaqal yaranacağını bildirir.

Buna da bax: Meyitlər nardaranlılara qaytarılıb

KABEL TELEVİZİYASI: “BİZ SİYASƏTƏ QARIŞMIRIQ”

“Biz siyasətə qarışmırıq. Biz bu paketi hazırlayanda iki ölkə arasında münasibət də gərgin deyildi. İkincisi, Azərbaycan tamaşaçısı həm türk, həm də rus kanallarına baxmaqla, hər iki tərəfin mövqeyi ilə tanış olmaq imkanı qazanır. Bazar günü HTV kanalında həmyerlimiz olan bir politoloq rusların cavabını çox gözəl verdi. Kim də rus kanalı istəmir, çevirib türk kanallarına baxa bilər. Axı kimisə bu kanallara baxmağa vadar edən yoxdur. Bir də bizdə yayımlanan kanallar daha çox sahəvi, tematik kanallardır, yəni idman, kino, əyləncə, mətbəx... Yenə deyirəm, biz siyasətə qarışmırıq. Amma lazım gələndə, biz Azərbaycan əleyhinə film, veriliş gedəndə buna etirazımızı bildirmişik, hətta kanalın yayımını dayandırmışıq”, - KATV1-in səlahiyyətlisi deyir.

Niyazi Mehdi

Niyazi Mehdi

Pərvin Sadıqov “Buna bir misal gətirərsinizmi?” sualımızı isə cavabsız buraxır.

Mən Rusiya vətəndaşı deyiləm ki, dövlətin senzurasına məruz qalım?

NİYAZI MEHDİ: “MƏN RUSİYA VƏTƏNDAŞI DEYİLƏM Kİ...”

​““Dojd” telekanalının kabel televiziyalarının siyahısına salınmaması biabırçılqıdır”. Filosof Niyazi Mehdi belə deyir:

“Mən Rusiya vətəndaşı deyiləm ki, dövlətin senzurasına məruz qalım? Əgər gürcülərdə kabel televiziyasında “Dojd” varsa, bizdə niyə daxil etmirlər? Bəzi paketlərdə kanalları ixtisar ediblər. Məncə, imkan varsa, Rusiyanın bəzi xəbər telekanallarını ixtisar etmək olar, məsələn, “Rossiya24”-ü ləğv edib yerinə “History”ni sala bilərlər. “Rossiya24” nəyimə lazımdır? “Euronews” var da. İmkan varsa, “Dojd”a yer tapsınlar, nəinki bir-birini təkrarlayan kanallara.”

Bakıda rəyini öyrəndiyimiz sakinlərinsə rus telekanallarına yanaşması fərqlidir. “Qonşumuzu, bizə “mehriban düşmən” olan Rusiyanı tanımaq üçün baxmaq lazımdır” deyən də var, “biz daha müstəmləkə deyilik, rus kanalları yığışdırılmalıdır” deyə kəskin danışan da.

Bəs siz nə deyirsiz? Fikrinizi "Şərhlər" bölümünə yazın!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG