Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:25

Keçmiş KVN-çi, “Parni iz Baku” komandasının üzvü Timur Vaynşteyn Rusiyanın NTV telekanalının baş prodüsseri təyin edilib.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Vayntey 90-cı illərin əvvəllərində ş “Parni iz Baku” KVN komandasının bədii rəhbərlərindən biri olub.

O 1996-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. Moskvaya köçdükdən sonra o, VİD teleşirkətində işləyirdi və Rusiya Televiziya İşçiləri İnstitutunda rejissorluğu üzrə təsil alıb.

2000-ci ildən “Nika” Rusiya Kinematoqrafiya Mükafatı təqdimat mərasiminin prodüsser və rejissorudur.

2009-cu ildə “VayT Media” şirkətini təsis edib.

2013-cü ildən “STS Media”nın direktorlar şurasına daxildir.

Timur Vaynşteyn Rusiya Televiziya Akademiyası və bir sıra digər televiziya təşkilatlarının üzvüdür.

Vaynşteynin həmçinin bir neçə məşhur şəxsin qohumudur. Belə ki, onun anası Bəyaz Vəzirova Azərbaycan KP MK-nin keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun doğma bacısıdır.

Timurun atası – bəstəkar Leonid Vaynşteyn – Qarri Qasparovun doğma əmisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG