Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:27

Akademik mübadilə əsasında Türkiyədə təhslil alan rusiyalı tələbələr yaxın vaxtlarda ölkəyə qaytarılacaqlar.

Bu barədə İnterfaks agentliyi Rusiyanın Təhsil Nazirliyinə istinadla xəbər verir.

Nazirliyin məlumatına görə, təhsil mübadiləsi ilə Türkiyədə oxuyan 44 rusiyalı tələbənin artıq çoxu birtərəfli qaydada əlaqəni dayandırıb.

Bundan bir gün əvvəl isə birgə Rusiya-Türkiyə elmi mərkəzi bağlanıb.

Rusiyanın təhsil naziri Dimitry Livanov bildirib ki, ölkənin ali təhsil müəssisələrinə Türkiyə ilə əməkdaşlığın dayandırılması, tələbə və müəllimləri bu ölkəyə nəzərdə tutulmuş səfərlərin təxirə salınması məsləhət görülüb.

Amma Rusiyada təhsil alan türkiyəli tələbələrə qarşı məhdudiyyət tətbiq edlməyib.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsini vurması iki ölkə arasındakı münasibətləri gərginləşdirirb.

Günün bütün mövzuları

XS
SM
MD
LG