Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:18

-

Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il tamaşasının məşqlərinə başlanılıb.

Teatrdan AzadlıqRadiosuna verilən xəbərə görə,teatr Yeni il ərəfəsində gənc yazar Pərvin Nurəliyevanın səhnələşdirdiyi «Mauqli» pyesi əsasında «Mauqlinin Yeni ili» tamaşasını azyaşlı izləyicilərinə təqdim edəcək.

Balacaların sevimli nağıl personajı olan Mauqlinin Yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşada obrazları Zaur Əliyev (Dövlət Musiqili Teatrı), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edəcəklər.

Yeni tamaşa ilə yanaşı, hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın Yeni il bayramı üçün bəzədilmiş foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış Yeni il proqramına dəvət edəcək.

Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda «Mauqlinin yeni ili»ni izləyəcəklər.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabrın 25-dən 2016-cı il yanvarın 4-dək saat 12.00, 14.00, 16.00 və 18.00-də nümayiş olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG