Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

-

Türkiyə Rusiyanı hava məkanının pozulmasını ört-basdır etməkdə ittiham edib. Baş nazir Ahmet Davutoglu deyib ki, Rusiya bunun üçün Ankaranın Suriyadakı İslam Dövləti silahlı qruplaşması yaraqlılarından qanunsuz olaraq neft idxal etdiyi kimi “əsassız” iddialar irəli sürür.

Rusiya prezidenti Vladimir Putin iddia edib ki, Türkiyə Su-24 təyyarəsini neft ticarətindən əldə etdiyi gəliri qorumaq üçün vurub.

Davutoglu dekabrın 1-də bir daha Rusiyanı dialoq üçün hərbi və diplomatik kanalları açıq saxlamağa çağırıb. O, Rusiyanın mövqeyinin Suriya böhranını “Rusiya-Türkiyə böhranına” çevirdyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG