Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

Gəncədə 6 nəfər saxlanılıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Noyabrın 30-da Gəncə şəhərində «Müsəlman Birliyi» Hərəkatını dəstəklədiyi bildirilən 6 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilərək götürülüb.

Ötən həftə Bakının Nardaran qəsəbəsində Hüquq-mühafizə orqanları əməliyyat keçirib, 15-dək şəxs, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının başçısı Tale Bağırzadə həbs edilib. Rəsmi məlumata əsasən, toqquşma zamanı 4 mülkü şəxs və 2 polis həlak olub.

XS
SM
MD
LG