Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:23

-

Vahid Mürsəliyev 1 dekabrdan «Azercell Telekom» MMC-nin prezidenti vəzifəsinə təyin edilib.

Buna kimi Vahid Mürsəliyev şirkətin Hüquq və İdarə İşləri Departamentinin direktoru olmaqla bərabər, bu ilin yanvarından «Azercell» prezidenti vəzifəsini də icra edirdi.

«Vahid Mürsəliyev prezident vəzifələrinin icraçısı kimi çalışdığı dövrdə şirkətə dərin sadiqliyini nümayiş etdirib. «Azercell»in tarixində ilk dəfə olaraq azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram» - deyə «TeliaSonera» şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edir.

Vahid Mürsəliyev «Azercell Telekom» MMC-də 2005-ci ildən çalışır. 10 il ərzində Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.

Vahid Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın Keys Vestern Rezerv Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparıb, bundan əlavə Biznesin İdarə Olunması üzrə sertifikata malikdir. O, eyni zamanda, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, həmçinin, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

«Azercell» 1996-cı ildə təsis edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG