Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

-

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.

Lent.az-ın məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.

Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib.

Qeyd edək ki, M.İmanovun yerinə, hələ ki, rəsmi təyinat yoxdur.

Son 2 ay ərzində bir neçə yüksək rütbəli məmur vəzifəsindən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG