Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

«Azəristiliktəchizat» «Azəriqaz»la razılaşdı


Bakıda istilik verilməmiş mənzillərdən biri, arxiv fotosu

Bakıda istilik verilməmiş mənzillərdən biri, arxiv fotosu

-

"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcunun mərhələlərlə ödənilməsi barədə razılığa gəlinib.

"APA-Economics"in məlumatına görə, bunu "Azəriqaz" istehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib. Onun sözlərinə görə, artıq borcun bir hissəsi ödənilib: “Azəriqaz” və “Azəristiliktəchizat” arasında yaranmış borc məsələsi həllini tapıb. Keçən həftənin şənbə günündən qazanxanalara qazın verilişi təmin edilib. Bu il üçün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 8 milyon 400 min manata yaxındır. Bu il üçün artıq bu məbləğin 3 milyon manatı ödənilib. Dekabr ayında borcun yerdə qalan hissəsi yəni, 5 milyon manat ödənilməlidir”.

Ə.Hacıyev əlavə edib ki, bundan sonra qazanxanalara mavi yanacağın verilməsidə məhdudiyyət olmayacaq: “Hər il “Azəristiliktəchizat”a 13 milyon manatlıq qaz verilir. Hər il bu qaz həcmi artan templə davam edir”.

Onun sözlərinə görə, ümumi borc isə hər iki qurum tərəfindən müəyyənləşdirilən qrafikə uyğun olaraq hissə-hissə ödəniləcək.

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə 43 milyon manat məbləğində borcu var.

Ancaq Bakının, məsələn, Nizami rayponunda hələ də istiliklə təchiz olunmayan binalar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG