Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

-

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, Əfqanıstan təhlükəsizlik qüvvələri Taliban və islamçı yaraqlılarla bacarıqla savaşır. Stoltenberg noyabrın 30-da Brüsseldə Azad Avropa/AzadlıqRadiosuna müsahibə verib. O, NATO-nun əfqan əsgərlərə “təlim, yardım və məşvərət” işini davam etdirəcəyini bildirib.

Stoltenberg deyib ki, NATO xarici işlər nazirlərinin bu həftə qərar verməsini gözləyir – 2016-cı ilədək Əfqanıstanda hərbçilərin indiki səviyyədə saxlanması rəsmən təsdiqlənməlidir.

NATO başçısının sözlərinə görə, Əfqanıstanın şimalındakı Kunduz, Faryab və Badakshan vilayətlərində islamçı qrupların zorakılığı artırmasına baxmayaraq, alyans Əfqanıstanda yeni döyüş əməliyyatı planlaşdırmır.

“Heç kəs inanmırdı ki, bu, asan iş olacaq, Əfqanıstanda sülh və sabitlik yaranacaq,” Stoltenberg deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG