Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54

-

İran Kenyada terror hücumu planlaşdırılan iki kenyalıya hər hansı bağlılığı olmadığını bildirir. Həmin şəxslərin Nayrobidə qərb hədəflərə terror hücumu planlaşdırdığı bildirilir.

İranın Nayrobidəki səfirliyi noyabrın 30-da bəyan edib ki, həmin 2 kenyalının İranın kəşfiyyat və təhlükəsizlik aparatı ilə heç bir əlaqəsi yoxdur.

Kenya polisi noyabrın 28-də yaydığı məlumata görə, iki şübhəli İran İnqilab Qvardiyasının elit Qüds birləşməsi üçün casusluq etdiyini boynuna alıb.


Həmin 2 şəxsin İrana bir neçə səfər etdiyi, pul aldığı qeyd olunurdu.

İran səfirliyi bu iddiaları yalanlayıb, eyni zamanda Kenya ilə münasibətləri dəyərləndirdiyini, məsələni aydınlaşdırmağa hazır olduğunu bildirib.

XS
SM
MD
LG