Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

-

Beynəlxalq Valyuta Fondu (BVF) elan edib ki, Çin valyutası gələn ildən ehtiyat valyutalar səbətinə salınacaq.

BVF-nin məlumatına görə, yuan “bütün mövcud kriteriyalara cavab verir” və ABŞ dolları, avro, yapon yeni və Britaniya funtu ilə bir səbətdə olacaq.

Qərar 2016-cı ilin oktyabrın qüvvəyə minir.

BVF sədri Christine Lagarde deyib ki, bu qərar “Çin iqtisadiyyatının qlobal maliyyə sisteminə inteqrasiyasında vacib addımdır”.

“Bu, həm də son illər ərzində Çin hakimiyyətinin ölkənin monetar və maliyyə sistemlərinin islah olunmasında əldə etdiyi irəliləyişin tanınmasıdır”.

Çinin Xalq Bankı bildirib ki, bu addım beynəlxalq ictimaiyyətin Çindən dünya iqtisadiyyatında daha böyük rol gözlədiyini nümayiş etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG