Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:55

İraq zəvvarlara görə İranı ittiham edir


İraqda şiə müsəlmanlar Ərbəin ziyarətinə gedir, 30 noyabr, 2015-ci il

İraqda şiə müsəlmanlar Ərbəin ziyarətinə gedir, 30 noyabr, 2015-ci il

-

İraq minlərlə iranlı zəvvarın sərhədi pozmasına görə İranı ittiham edib. Zəvvarların sərhədi dağıtması, sərhədçilərə xəsarət yetirməsi barədə məlumatlar var.

İraqın Daxili İşlər Nazirliyi bildirir ki, zəvvarlar piyada İraqın Kərbəla şəhərinə Ərbəin ziyarətinə gedirmişlər. Onlar noyabrın 29-da sərhədçilərə xəsarət yetirib.

Ərbəin Aşuradan 40 gün sonra, İmam Hüseynin ölümünün 40-cü günündə qeyd olunur.

“Biz buna görə İran tərəfini məsul sayırıq,” nazirlik noyabrın 30-da yaydığı bəyanatda bildirir.

Nazirliyin məlumatına görə, sərhədi keçməyə çalışan minlərlə zəvvar viza almayıbmış və basabas yaratmağa çalışıb.

Hər il Ərbəində milyonlarla insanın iştirakı İraq təhlükəsizlik xidməti üçün başağrısı yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG