Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:14

Boğur məni ağlamaq, tutuluram astmaya


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

Orxan Bahadırsoy

Zəng elə

Demirəm dərdləşməyə,
danışmağa zəng elə,
demirəm ki, halımı
soruşmağa zəng elə.

Deyirəm ki, darıxıb,
tənha qalsan, zəng elə,
deyirəm ki, xətrinə
dəyən olsa, zəng elə.

Sevənlərinə de ki,
tərk etməsinlər səni.
De ki, mən tapşırmışam,
incitməsinlər səni.

Həmişə gül, gülümsə,
bircə ağlama əsla!
Sənə arzum sevincdir,
işim yoxdur qisasla!

Qəfil qapını döysə
hansısa şər, zəng elə.
Mən onsuz da yatmıram,
axşam-səhər zəng elə.

Boğur məni ağlamaq

Əzib qürurumu da,
qayıt deməyim gəlir.
Bir aclıq tutub məni,
səni yeməyim gəlir.

Bir də ki, susamışam,
su üçün yanır sinəm.
Bir stəkan göz yaşı
göndər gəlsin, birdənəm.

Hər günüm eyni olur -
qaçdı-tutdu, ağlamaq...
Mən qaçmırdım, amma ki,
məni tutdu ağlamaq.

Durur gözlərim üstə,
kəsib atıram hər gün.
Səhər gülürəm, gecə
ağlayıram səninçün.

Xərçəng kimidi zibil,
erkəyi, dişisi var.
Yerin məğrur qadını,
ağlayan kişisi var.

Bir dəli gərək indi
mənə qulaq asmağa.
Boğur məni ağlamaq,
tutuluram astmaya.

Tut ayağımdan

Bu yol ki, çox uzundur...
gəl, bu daş üstə oturaq,
içək tut arağından.
Mənim ayağıma gücüm də çatmır,
mənə kömək elə,
tut ayağımdan.
Biraz tütün çəkək,
isinsin canımız.
Bir müşlüyüm də var
babadan qalma.
Unut indiyəcən
nə yaşandısa,
olub-keçənləri yadına salma.
Demə islanmışam,
bizim küçədə
göydən yağış yağmır,
göydən toz yağır.
İndi kəndimizdə hava gözəldi,
geniş bağımızdan babam qoz yığır.
Dərd etmə,
yaz gəlsin, gedərik kəndə.
Orda sənin qədər
hər şey gözəldi.
Burda yoruluram,
hava da çirkli...
Bu şəhər hardasa
gözə gəldi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG