Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:34

Türkiyədəki rusiyalı tələbələrə təcili qayıtmaq əmri verildi


-

Rusiya Türkiyə ilə elm və təhsil əməkdaşlığını da kəsdi

Dmitri Livanov
Dmitri Livanov

Rusiya Təhsil və Elm Nazirliyi bəyan edib ki, Türkiyədə təhsil alan rus tələbələrə təhsillərini yarımçıq kəsərək, "maksimum tez" vətənə qayıtmaq göstərişi verilib.

Nazirliyin məlumatına görə, Türkiyədə yüzə yaxın Rusiyalı tələbə oxuyur.

Rusiya təhsil və elm naziri Dmitri Livanov deyib ki, Rusiya ali məktəblərinə məktub göndərilib, Türkiyə ilə bütün münasibətləri kəsmək əmri verilib.

Məktubda rus müəllimləri və tələbələrinin Türkiyəyə planlaşdırılan səfərlərinin dayandırılması haqda da hissə var.

Rusiya və Türkiyə arasında ümumi təhsil haqda müqavilə var idi. Rus tərəfi 27 noyabrda həmin müqaviləyə xitam verilməsi haqda Türkiyəyə bildiriş göndərib.

***

Rusiyada fəaliyyət göstərən "Rusiya-Türkiyə elmi mərkəzi" bağlandığını elan edib. Bu mərkəz M.İ.Rudomin adına Rusiya dövlət kitabxanası nəzdində fəaliyyət göstərirdi. İki ölkə arasında elmi sahədə bütün əməkdaşlıq məsələlərinə cavabdeh idi.

Bu mərkəz alimlərin qarşılıqlı mübadiləsini təşkil edirdi. Türkiyə mövzularında dissertasiya yazanlara kömək edirdi. Rus alimlərinin türk, türk alimlərinin rus elmi jurnallarında məqalələrinin çapına kömək edirdi. Həm də türk dili və Osmanlı ləhcəsi dərsləri verirdi.

Mərkəzin səhifəsində deyilir: “Biz planlaşdırılan bütün dəyirmi masaları, dərsləri, mühazirə və konfransları ləğv edirik, Mərkəzin türk kitabxanasından da artıq istifadə etmək mümkün olmayacaq.

Bağlanmanın səbəbi bizə məlum deyil. Bugünə qədər bizi dəstəkləyənlərə təşəkkür edirik.”

XS
SM
MD
LG