Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06

“Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”.

APA-nın məlumatına görə, bunu noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib:

“Bu məscidlər də qeydiyyatdan keçməlidir, bunun üçün sənədlər hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir.

Bundan sonra həmin məscidlərdə keçirilən dini mərasimlər tam qanuna uyğun olmalıdır. Amma çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımızauyğun cavab verilməyib”.

Mübariz Qurbanlı bildirib ki, Nardaranda müqəddəs ziyarətgah var və bu ziyarətgahın təmiri və saxlanılması dövlətin diqqətindədir, amma kimlərsə Nardaranda din adı altında sui-istifadə hallarına yol verməməlidir: “Orada gözəl məktəblər tikilib, gənclərin təhsili üçün şərait yaradılıb. Amma təəssüf ki, gənclərimizi təhsildən yayındıran valideynlər var. Buna da yol vermək olmaz. Çünki gənclərin təhsildən yayındırılması ümumi icbari təhsil haqqında qanuna ziddir. Belə halların qarşısı alınmalıdır”deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG