Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25

Azərbaycan əsgəri Elşən İsmayılov noyabrın 30-da qoşunların təmas xəttində baş verən atışmada həlak olub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatdfa bildirilir ki, ermənilərin növbəti təxribatı nəticəsində həlak olan hərbi qulluqçu Müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala təqdim olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir.

Nazirlik bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin yenidən gərginləşməsinə görə məsuliyyət tam Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və bu təxribat cavabsız qalmayacaq .

Günün bütün mövzuları

XS
SM
MD
LG