Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:41

Bakıda yağış, bölgələrdə sulu qar yağacaq


Yağış.
Yağış.

-

Dekabrın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Dekabrın 1-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gündüz arabir güclənəcək.

Aran rayonlarında gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

XS
SM
MD
LG