Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

-

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyətini dayandırmayacaq, komitənin sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova olacaq.

Bunu modern.az-a Elmira Behbudovanın özü deyib.

AzadlıqRadiosuna açıqlamasında da, Elmira Behbudova məlumatı təkzib etməyib, amma deyib ki, bu barədə mərhumun qırx mərasimindən sonra mətbuata ətraflı açıqlama verəcək.

Elmira Behbudova Elçin Behbudovun müavini vəzifəsində çalışıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 2002-ci ildə təsis olunub.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən Elçin Behbudov bu il noyabrın 14-də vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG