Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Nazarbaev təyyarə insidentindən danışdı


Nursultan Nazarbaev (sağda) və Recep Tayyip Erdogan (arxiv fotosu)

Nursultan Nazarbaev (sağda) və Recep Tayyip Erdogan (arxiv fotosu)

-

Qazaxıstan prezidenti Nursultan Nazarbaev Türkiyə və Rusiyanı çağırır ki, Rusiya təyyarəsinin vurulmasını araşdırmaq üçün ikitərəfli komissiya yaratsınlar. Noyabrın 24-də Türkiyə Suriya ilə sərhədində Rusiya bombardmançısını vurub.

Nazarbaev noyabrın 30-da türkiyəli həmkarı Recep Tayyip Erdogan-la telefonla danışıb. O, Ankaranın Rusiya ilə münasibətlərinin pisləşməsindən narahatlığını bildirib.

Prezidenti mətbuat xidmətinin məlumatına görə, Nazarbaev Erdogan-a deyib ki, tərəflər münasibətləri saxlamaq üçün “məsuliyyətli münasibət nümayiş etdirməlidirlər”.

Ankara hadisədən kədərini ifadə etsə də, Rusiyanın tələb etdiyi kimi üzrxahlıq bildirməyib. Rusiya təyyarəsinin Suriya sərhədindən çıxmadığını israrla bəyan edir.

Prezident Vladimir Putin noyabrın 28-də Türkiyəyə iqtisadi sanksiyalar elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG