Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:48

Azərbaycan rusiyalı turistlərin cəlbinə çalışır


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

-

«Sözsüz ki, Rusiya və Türkiyə arasında münasibətlərin gərginləşməsi rus turistlərin Türkiyəyə az səfər etməsinə gətirib çıxaracaq. Amma biz bu proseslərə mütləq reaksiya verməliyik».

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Xəbəri APA yayıb.

Nazir bildirib ki, Azərbaycan Turizm Assosiasiyası AZAL ilə birgə tədbirlər hazırlayır:

«Biz otellərlə danışmışıq, yeni paketlər tərtib etmişik. Bu gün turizm sənayesinin nümayəndələri ilə görüş keçirəcəyik, yeni tövsiyələr veriləcək. Artıq Moskvada və digər vilayətlərdə proses başlayıb, işlər aparılır. Baxmayaraq ki, bu siyasi vəziyyətdir, yaxud başqa məsələlərdir, biz maraqlıyıq ki, Azərbaycan turizmi Rusiya bazarında layiqincə təmsil olunsun».

Noyabrın 24-də Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus «Su-24» təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər korlanıb.

XS
SM
MD
LG